Azərbaycan millisi finalda
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib - 1:1. Yığmamızın heyətində Musa Qurbanlı fərqlənib. Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb.
Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi - Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.