Azərbaycan millisi Gürcüstana məğlub oldu
Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.
SportLine.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millinin qoluna Bəhruz Tanrıverdiyev imza atıb.
Aprelin 27-də keçiriləcək növbəti oyunda yığma Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.
AFFA-nın məlumatı