"Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"
Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyununda qalib gəlməlidir.
Sportline.az xəbər verir ki, bu barədə millinin üzvü İlya Zabarnı Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verib.
PSJ klubunda çıxış edən müdafiəçi I turda Fransaya iki cavabsız qolla uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Müsbət nəticə əldə etməyimizi istərdim. Amma bu, futboldur. Qalib gəlməli olduğumuz növbəti matça köklənəcəyik".
Ukrayna seçmə mərhələdə növbəti görüşünü Azərbaycan millisinə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.