Azərbaycan millisi İrlandiya seçməsinə uduzdu

19 yaşadək futbolçuların Avropa çempionatının elit-raund mərhələsində mübarizə davam edir. SportLine.az xəbər verir ki, I qrupda yarışan Azərbaycan seçməsi növbəti oyununda İrlandiya komandası ilə qarşılaşıb.

Matçı məğlub bitirən Azərbaycan futbolçuları final mərhələsinə vəsiqə imkanlarını itiriblər. 

Qrupun digər görüşündə Rusiya Rumıniya ilə heç-heçə edib. 

Beləliklə, sonuncu turun görüşlərindən öncə I qrupdan İrlandiya millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağı dəqiqləşib.

23 mart 2019
U-19, Avropa çempionatının elit-raund mərhələsi
I qrup, 2-ci tur

İrlandiya U19 - Azərbaycan U19 - 3:1 
QOLLAR:
Rayt, 41 (1-0), Nayt, 63 (2-0), Kamran Quliyev, 73 (2-1), Afolabi, 85 (3-1)

Rusiya U19 - Rumıniya U19 - 0:0

Standings provided by Sofascore LiveScore