Azərbaycan millisi İslamiadada qızıl medal qazanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Sportline.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.