Azərbaycan millisi Ispaniyaya məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan komandamız Mursiya şəhərindəki toplanışda İspaniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Vüqar Məmmədin rəhbərlik etdiyi komanda toplanış çərçivəsində daha iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Fevralın 14-də “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları planlaşdırılır.

12 fevral 2019
Yoxlama oyunu

İspaniya (U-19) - Azərbaycan (U-19) - 2:0

Azərbaycan: Nicat Mehbaliyev (k), İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Qurbanlı

Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov, Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Əkbər Vəliyev.