Azərbaycan millisi İspaniya klubunu darmadağın etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı davam edir.

SportLine.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi komanda bu gün növbəti yoxlama oyununa çıxıb. Rəqib yerli "Ranero" kollektivi olub.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 6:1.

14 fevral 2019
Yoldaşlıq görüşü

"Ronero" U-19 (İspaniya) - Azərbaycan U-19 - 1:6
QOLLAR: 
usa Qurbanlı (4), İdris İnqilablı, Kamran Quliyev 
Musriya, İspaniya

Əsas heyət: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov (k), Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Tural Bayramov, Musa Qurbanlı
 
Ehtiyat oyunçular: Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Əkbər Vəliyev

Xatırladaq ki, Azərbaycan futbolçuları ilk yoxlama görüşündə İspaniyanın U-19 komandasına uduzublar - 0:2. 

Hazırlıq çərçivəsində komandamız sonuncu oyununu fevralın 17-də Şotlandiyanın U-19 komandasına qarşı keçirəcək.