Azərbaycan millisi italiyalıya tapşırıla bilər

Azərbaycan millisi Canni de Byaziyə həvalə oluna bilər. SportLine.az xəbər verir ki, artıq AFFA-nın italiyalı mütəxəssislə danışıqlara başladığı deyilir.

"Tuttomercato"nun yaydığı məlumata görə, "Bolonya" klubu da mütəxəssisin xidmətində maraqlıdır. Ancaq onun AFFA ilə razılığa gəlməsi daha real görünür. 

62 yaşlı mütəxəssislə bu həftə razılıq əldə oluna bilər. Bu, mümkün olsa, de Byazi ilin sonunadək rəsmən Azərbaycan millisinin baş məşqçisi kimi təqdim ediləcək.

Qeyd edək ki, de Byazi 2011-2017-ci illərdə Albaniya seçməsini çalışdırıb. Onun sonuncu iş yeri İspaniyanın "Alaves" klubu olub.