Azərbaycan millisi Makedoniydan güclü oldu
16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
SportLine.az xəbər verir ki, Makedoniyaya qarşı keçirilmiş oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Yığmamızın qolunu Melis Ersoy vurub. Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesabı ilə qələbə qazanıb.
Yığmamız növbəti oyununu aprelin 20-də Xorvatiyaya qarşı keçirəcək.