Azərbaycan millisi Rusiya ilə heç-heçə etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunda mübarizəyə başlayıb. SportLine.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi komandanın ilk rəqibi meydan sahibləri - Rusiya seçməsi olub.

Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, I qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya da yer alıb. 14-27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.

20 mart 2019
Avropa çempionatının elit-raund mərhələsi
I qrup

Rusiya (U-19) - Azərbaycan (U-19) - 0:0
Hakimlər: 
Adrian Jakotte, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu