Azərbaycan millisi Rusiyaya uduzdu

Rusiyanın Soçi şəhərində “Kuban Baharı” turniri keçirilir. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarışda iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb.

Millimiz rusiyalı həmyaşıdları ilə qarşılaşıb. Komandamız rəqibinə 0:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti görüşünü martın 3-də Belarusa qarşı keçirəcək.