Azərbaycan millisi Şotlandiyaya uduzdu

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib.

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Baş məşqçi Vüqar Məmməd britaniyalılara qarşı aşağıdakı start heyətindən yararlanıb:

Nicat Mehbaliyev (k), İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Qurbanlı

Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov (k), Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Əkbər Vəliyev.