Azərbaycan millisi İspaniya ilə eyni qrupda

Qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, "D" qrupunda qərarlaşan Azərbaycan seçməsinin rəqibləri İspaniya, Çexiya, Polşa və Moldova komandaları olub:

A qrupu: Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya

B qrupu: İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan

C qrupu: Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları

D qrupu: İspaniya, Çexiya, Polşa, Moldova, AZƏRBAYCAN

E qrupu: Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr

F qrupu: İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya

G qrupu: Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Macarıstan

H qrupu: İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva

I qrupu: Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro


Qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının təsnifat mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. 

Artıq komandaların hansı səbətlərdə qərarlaşacağı müəyyənləşib. Azərbaycan futbolçuları Farer adaları, Malta, Makedoniya, Estoniya, Monteneqro, Gürcüstan, Latviya, Litva, Kipr və Kosovo ilə birlikdə sonuncu səbətdə yer alıb:

1-ci səbət: Fransa, Almaniya, Hollandiya, İspaniya, İsveç, Norveç, İsveçrə, Şotlandiya, İtaliya

2-ci səbət: Avstriya, Danimarka, İslandiya, Belçika, Rusiya, Uels, Ukrayna, Finlandiya, Çexiya

3-cü səbət: Portuqaliya, İrlandiya, Polşa, Rumıniya, Serbiya, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, Belarus

4-cü səbət: Türkiyə, Slovakiya, Xorvatiya, Şimali İrlandiya, Yunanıstan, İsrail, Qazaxıstan, Albaniya, Moldova

5-ci səbət: Farer adaları, Malta, Makedoniya, Estoniya, Monteneqro, Gürcüstan, Latviya, Litva, Azərbaycan, Kipr, Kosovo.

Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər 6 komanda arasında isə pley-off oyunları keçiriləcək. Seçmə qrup mərhələsinin matçları 26 avqust-3 sentyabr, 30 sentyabr-8 oktyabr, 4-12 noyabr, 2-11 mart 2020, 6-14 aprel, 1-9 iyun və 14-22 sentyabr tarixlərində oynanılacaq. Gələn il oktyabrın 19-da və 27-də pley-off mərhələsinin görüşləri təşkil olunacaq. Final mərhələsinin püşkatma mərasimi 2020-ci ilin sonlarında, oyunlar isə 2021-ci ilin iyul ayında İngiltərədə keçiriləcək.