Azərbaycan millisi türkiyəli mütəxəssisə tapşırılır?
Türkiyənin "Fanatik" nəşri Azərbaycan millisinə Mustafa Reşit Akçayın baş məşqçi təyin olunacağını yazıb. Məlumatda artıq AFFA-nın 60 yaşlı mütəxəssislə razılıq əldə etdiyi bildirilib.
SportLine.az xəbər verir ki, yayılan şayələrə AFFA-nın baş katibi Elxan Məmmədov aydınlıq gətirib. "Report"a açıqlamasında, o, "Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır", - deyib.
Qeyd edək ki, Azərbaycan millisinin türkiyəli Mustafa Reşit Akçaya tapşırıldığına dair xəbəri "Fanatik" nəşri yayıb. 60 yaşlı mütəxəssisin son klubu 2018-ci ilin noyabrında zəif nəticələrlə əlaqədar yollarını ayırdığı "Osmanlıspor" olub. O, "Gümüşhanespor", "Pazarspor", "Arsinspor", "Ofspor", "Beylerbeyi", "Tavşanlı", "1461 Trabzonspor", "Trabzonspor", "Akhisar Belediyespor" və "Konyaspor"da da çalışıb.