Azərbaycan millisi Türkiyəyə uduzdu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin təsnifat mərhələsində Azərbaycan seçməsi birinci oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Türkiyə seçməsi olub.

Antalyada təşkil olunan matç Azərbaycan futbolçularının məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Qeyd edək ki, milli komanda Avropa çempionatının ilkin seçmə mərhələsindəki ikinci oyununu Kipr-ə qarşı keçirəcək. Oktyabrın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.