Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət yığmamız Ukrayna ilə yoxlama oyunu keçirəcək.

SportLine.az xəbər verir ki, bu barədə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov "sport-ekspress.ua" saytına müsahibəsində məlumat verib. O bildirib ki, matçın Bakıda keçirilməsi nəzərdə tutulub.

Qarşılaşma noyabrın 15-nə planlaşdırılıb.