Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrda iki yoldaşlıq oyunu keçirəcək.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma noyabrın 15-də, saat 20:00-da, "Dalğa Arena”da Ukrayna komandası ilə qarşılaşacaq.

4 gün sonra - noyabrın 19-da isə Zeniça .əhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu təşkil olunacaq. Bu oyunun keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı məlumat veriləcək.