Azərbaycan millisi yarımfinalda
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya kubokunda yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu komanda 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 18:16 hesablı qələbəsi ilə başa çatıb.
Komanda növbəti mərhələdə ABŞ yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də keçiriləcək.