Azərbaycan millisindən növbəti heç-heçə
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib RMoskvanın “Dinamo-2” komandası olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, millimiz bundan əvvəl “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası (2:2), Rusiyanın "Krasnodar-3" (1:1) və Küveytin U-19 yığması (1:1) ilə sınaq matçlarında da heç-heçə edib.