Azərbaycan millisinin Albaniya ilə oyununun hakimləri açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin Avropa çempionatının təsnifat mərhələsində Albaniya ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

SportLine.az xəbər verir ki, görüşü slovakiyalı Boris Marhefka idarə edəcək. Ona həmyerlisi Tomas Vorellə bosniyalı və herseqovinalı Sreten Udoviçiç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Admir Şehoviç yerinə yetirəcək.

Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.