Azərbaycan millisinin futbolçusu ermənilərlə qarşılaşacaq
Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" komandasının qış hazırlıq planı müəyyənləşib. SportLine.az xəbər verir ki, Ukrayna klubu Türkiyənin Alanya bölgəsində hazırlıq keçəcək.
"Aleksandriya" burada Ermənistanın "Pünik" klubu ilə yoxlama matçında üz-üzə gələcək. İrəvan təmsilçisi ilə görüş fevralın 1-nə planlaşdırılıb.
"Aleksandriya"nın digər rəqibləri isə "Botev" (Bolqarıstan), "Arka" (Polşa), "Çerno More" (Bolqarıstan) və "Vardar" (Makedoniya) olacaq.