Azərbaycan millisinin heyətində dəyişiklik edildi

21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövlan Muradov və Budaq Nəsirov zədəli olduğu üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə Bakıda Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.