Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qarşıdakı yoldaşlıq görüşlərinin vaxtı açıqlanıb.
SportLine.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv mayın 16-da Gürcüstanın U-20, mayın 24-də və 27-də isə Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq. Bütün oyunlar "Dalğa Arena”da təşkil olunacaq və saat 19:00-da başlayacaq.