Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban baharı” beynəlxalq turnirdə iştirak edəcək. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq millimizin görüşlərinin vaxtı müəyyənləşib:
01.03.2019. Saat 12:00 | Rusiya – Azərbaycan
03.03.2019. Saat 16:00 | Azərbaycan – Belarus
05.03.2019. Saat 12:00 | İran - Azərbaycan