Azərbaycan millisinin oyunu canlı yayımlanacaq
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsində keçiriləcək Azərbaycan - İsrail oyunu canlı yayımlanacaq.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.