Azərbaycan millisinin oyununda azarkeş qadağası

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, bununla bağlı qərarı UEFA-nın Etika və İntizam Komitəsi qəbul edib.

Buna macar azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsi səbəb olub. Bundan başqa, Macarıstan Futbol Federasiyasına 67.125 avro cərimə kəsilib.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.