Azərbaycan millisinin rəqibi açıqlandı

Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan seçməsi ilə qarşılaşacaq.