Azərbaycan millisinin rəqibi Ermənistanla qarşılaşacaq

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Malta seçməsi yoxlama görüşündə qüvvəsini sınayacaq.

SportLine.az xəbər verir ki, ada təmsilçisi Ermənistan ilə qarşılaşacaq.

Görüş mayın 29-na planlaşdırılıb.

Bundan əlavə, Malta futbolçuları iyunun 1-də Gürcüstan, 4-də isə Moldova ilə üz-üzə gələcək.

Xatırladaq ki, yığmamız Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə münasibətləri aydınlaşdıracaq.