Azərbaycan millisinin rəqibi Gürcüstana uduzdu

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Malta seçməsi yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Gürcüstan millisi olub.

Qarşılaşmanın taleyini bir qol həll edib. Quram Kaşianın 90-cı dəqiqədə penaltidən vurduğu qol Gürcüstana qələbə qazandırıb.