Azərbaycan millisinin sabiq qapıçısı Ukrayna klubunda
Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, futbolçu karyerasını Ukraynanın II liqasında çıxış edən "Minay" klubunda davam etdirəcək.
Qeyd edək ki, ölkəmizdə "Bakı", "Sumqayıt" və "Qəbələ" klublarının formasını geyinən Popoviç A millimizlə yanaşı, U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.