Azərbaycan millisinin üzvünə Meksikadan yarım milyon avroluq təklif

Milli komandamızın üzvü Eddi İsrafilov bu yay çıxış etdiyi "Alkorkon" klubundan ayrıla bilər.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Meksikanın "Atletiko San-Luis" klubundan təklif alıb. Yeni mövsümdən elitada oynayacaq klubun Eddi üçün 500 min avro transfer məbləği ödəməyə hazır olduğu bildirilir. İsrafilovla mövsümün sonunda İngiltərə çempionşipində çıxış etmək hüququ qazanan "Luton" komandasının da maraqlandığı iddia olunur.