Azərbaycan - Monteneqro görüşünün vaxtı dəyişdirildi

Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarının tarixi dəyişdirilib.

Sportline.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.

Belə ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət seçməsi ilə yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, bu gün və dekabrın 5-də keçirilməyəcək.

Tərəflər arasındakı razılığa əsasən komandalar sabah və dekabrın 6-da üz-üzə gələcəklər.