Azərbaycan - Norveç

19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçmə komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi kollektiv Norveçin müvafiq yaş qrupundan ibarət seçməsi ilə qarşılaşıb.

Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən oyun Norveçin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa çempionatının seçmə mərhələsi, 7-ci qrup

9 oktyabr

Azərbaycan - Norveç - 0:1

Qol: Elnur İbrahimov, 6 (avtoqol)