Azərbaycan - Norveç matçının hakimləri açıqlandı

21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç görüşünün hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüşü San-Marinodan olan briqada idarə edəcək.

"Dalğa Arena”da keçiriləcək qarşılaşmada əsas söz sahibi Barbeno Lukaya olacaq. Yan xətt hakimi funksiyasını Françesko Lunardon və Salvatore Tuttifrutti icara edəcək. Dördüncü hakim Mişel Skarpino olacaq.

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq.