"Qarabağ" mövsümdə ilk dəfə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Sportline.az xəbər verir ki, açılış matçında, lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, bu komandaların ilk dövrədəki oyunu "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası, XII tur

22 noyabr

19:00. “Sumqayıt” – “Qarabağ” 2:1

Qollar: Xayme Romeyro, 36 (0:1), Peyman Babayi, 65 (1:1), 68 (2:1)

Qırmızı vərəqə: İsmayıl İbrahimli, 69

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Asif Əliyev

“Kapital Bank Arena”

I dövrə - 0:2.

Qeyd edək ki, noyabrın 23-də "Sabah" "Səbail"ın qonağı olacaq. Tura noyabrın 24-də keçiriləcək "Neftçi" - "Qəbələ", "Zirə" - "Keşlə" görüşləri ilə yekun vurulacaq.