Azərbaycan Premyer Liqasında ilk turun təyinatları

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün I turunun hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, mövsümün açılış oyunu -  "Keşlə" - "Qarabağ" matçını Orxan Məmmədov idarə edəcək. 

 "Neftçi” – "Sabah” görüşü isə, Əliyar Ağayevə həvalə olunub. 

 

16 avqust

19:00. "Keşlə” – "Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

"Dalğa Arena”

 

17 avqust 

19:00. "Qəbələ” – "Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

 

18 avqust

20:00. "Səbail” – "Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"ASCO Arena”

 

19 avqust

20:00. "Neftçi” – "Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"Bakcell Arena”