Azərbaycan Premyer Liqasında rekord yenilənib

Azərbaycan Premyer Liqasında mövsümün rekordu yenilənib.

Sportline.az xəbər verir ki, bu, XII tura təsadüf edib. Hesabat turunda qapılara 16 top vurulub. Ən çox qol "Neftçi" və "Qəbələ" arasındakı son oyuna təsadüf edib - 4:1. Ən az qol isə "Sumqayıt"ın "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi açılış oyununda qeydə alınıb.

Daha iki matçda isə qapılara 4 qol vurulub. "Sabah" səfərdə "Səbail"i, "Zirə" evdə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Beləliklə, bütün görüşlərdə hər iki tərəf fərqlənib. Qollardan 10-nu meydan sahibləri, 6-nı qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4 top keçib.

Əvvəlki rekord IX tura təsadüf edib - 14 qol. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-i “Qarabağ” – “Səbail” oyununda vurulub. Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub.