Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Sabah, futbol üzrə Azərbaycan Premyer Liqasında 2019-20 mövsümü start götürür.

Sportline.az xəbər verir ki, çempionatda 8 klub yenə 4 dövrəli sistem üzrə mübarizə aparacaq.

 

Azərbaycan Premyer Liqası

I tur

16 avqust (cümə)

19:00. “Keşlə” – “Qarabağ”

“Dalğa Arena”. Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

 

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu.  Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

 

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”

“ASCO Arena”. Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

 

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov