Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb. 

Sportline.az xəbər verir ki, tədbir avqustun 5-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlanacaq püşkatma 8 klubun nümayəndələrinin iştirakı ilə gerçəkləşəcək. 

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm 16 avqustda başlanacaq.