Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Qazaxıstanla yoxlama matçının hakimləri müəyyənləşib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü moldovalı hakimlər briqadası idarə edəcək.

Baş hakim: Dmitri Muntyan
Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari
Dördüncü hakim: Aleksandr Tyan
(Hakimlər Moldovadandır)