Azərbaycan Rusiyaya məğlub oldu
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
SportLine.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Rusiyanın U-19 komandası ilə qarşılaşıb. Görüş yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, U-19 Rusiya ilə keçirdiyi ilk oyunda 0:4 hesabı ilə uduzmuşdu.