Azərbaycan seçməsi Bolqarıstanla heç-heçə edib

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, bu komandalar arasında növbəti oyun oktyabrın 25-də, saat 12:00-da keçiriləcək.