Azərbaycan seçməsi I Divizion klubundan güclü oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. SportLine.az xəbər verir ki, millimiz “Qaradağ Lökbatan” klubu ilə qarşılaşıb.

Vüqar Məmmədin baş məşqçisi olduğu komanda I divizion təmsilçisi üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Hər iki qolu Kamran Quliyev vurub.