Azərbaycan FİFA reytinqində irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, milli komandamız ötən ayla müqayisədə 21 pillə irəliləyib. Qırğızıstana qalib gəlib (3:0), Qazaxıstana uduzan (0-3) milli 321 xalla 105-ci yerdədir.
Komandamızın Millətlər Liqasındakı rəqiblərindən Farer adaları 376 xalla 90-cı (+3), Kosovo 197 xalla 141-cı (+11), Malta isə 65 xalla 184-cü (+1) pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq siyahısına 1558 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1431), Belçika üçüncü yerdədir (1298).