İnqilab Məmmədov millimizin oyununa təyinat aldı
"Dalğa Arena"da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları müəyyənləşib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan U-21 - Macarıstan U-21 sabah saat 19:00-da başlayacaq.