Azərbaycan UEFA-nın yeni reytinq cədvəlində

Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, Avroliqada mübarizə aparan "Qarabağ" "Sportinq"ə uduzduğu üçün xal ehtiyatımızda dəyişiklik olmayıb.

Azərbaycan 18.500 xalla 26-cı sırada qərarlaşıb. Bir pillə irəlidə olan İsrailin 18.625 xalı var.

Qeyd edək ki, ötən gecə "Qarabağ" "Sportinq"ə 0:2 hesabı ilə uduzub.