Azərbaycan UEFA-nın yeni reytinqində

UEFA, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra, ölkələrin yeni reytinqini açıqlayıb.

Sportline.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 19.000 xalla 26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 

Siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cü yerdədir.