Azərbaycan UEFA reytinqində daha bir pillə gerilədi

Ötən gün Avropa Liqasında keçirilən görüşlərdən sonra UEFA reytinqində müəyyən dəyişikliklər olub. SportLine.az xəbər verir ki, "Qarabağ"ın "Şerif"ə məğlubiyyəti Azərbaycanın bir pillə geriləməsi lə nəticələnib. Hesabında 18.250 xalı olan Azərbaycan hazırda 26-cıdır. 

Bundan əvvəl 27-ci pillədə olan Norveç isə 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.