Azərbaycan - Uels: Biletlər satışa çıxarıldı

Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Uelslə Bakıda keçiriləcək oyunu üçün biletlər satışa çıxarılıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, son ev oyununun bilet satışına görüşdən 15 gün öncə start verilib. Uelslə oyun oyabrın 16-da “Bakcell Arena”da  keçiriləcək.
 
Matçı izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər.