Azərbaycan - Uels oyunu məşhur hakimə tapşırıldı

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels oyununun hakim təyinatları açıqlanıb. 

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.

Dəniz Aytəkin matçın baş hakimi olacaq. 

Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.